27 avqust 2025 13:45
122

Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.

Sosial iş üzrə mütəxəssis - Şüvəlan UADM

Sosial iş üzrə mütəxəssis, psixoloq - Hacıqabul UADM

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 26 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir.

Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.