27 avqust 2025 15:26
118

Qubaya film çəkmək üçün gedən çəkiliş heyətinin avtomobili dərəyə aşıb, ölən və yaralanan var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.