27 avqust 2025 13:48
142

İsrail HƏMAS-a qarşı əməliyyat keçirib

İsrail təhlükəsizlik qüvvələri Qərb sahilində HƏMAS-a qarşı keçirilən xüsusi əməliyyat nəticəsində təxminən 1,5 milyon şekel (447 min dollar) müsadirə ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə “Times of Israel” məlumat yayıb.

Xüsusi əməliyyatın hədəfi HƏMAS qruplaşmasına vəsaitin köçürülməsi üçün istifadə olunan Ramallahın mərkəzindəki valyuta mübadiləsi məntəqəsi olub.

"Əməliyyat nəticəsində həm xarici, həm də yerli valyutada külli miqdarda – ümumilikdə 1 528 832 şekel müsadirə edilib", - məlumatda qeyd olunub.

Həmçinin terror fəaliyyətində iştirakda ittiham olunan doqquz nəfərin həbs edildiyi bildirilir.