27 avqust 2025 18:05
143

Tayvanda 6 maqnitudalı zəlzələ olub

Tayvanın şimal-şərq sahillərində dənizdə 6 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Zəlzələ Tayvanın paytaxtı Taypeydə binaların qısa müddətli titrəməsinə səbəb olub. Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin ocağı İlan qəzasından təxminən 20 km məsafədə yerləşib.

Hazırda dağıntılar barədə məlumat yoxdur.

Təkanlar, həmçinin Taoyuan, Tszilun və İlanda da hiss edilib.

Tayvan Meteorologiya Agentliyi ümummilli xəbərdarlıqda adanın şimal hissəsində "əhəmiyyətli" zəlzələnin hiss edildiyini bildirib.

2016-cı ildə Tayvanın cənubunda baş verən zəlzələ nəticəsində 100-dən çox insan həlak olub, 1999-cu ildə isə 7,3 maqnitudalı zəlzələ 2 000-dən çox insanın həyatına son qoyub.