27 avqust 2025 15:29
135

Belarus Təhlükəsizlik Şurasından hərbi təlimlə bağlı açıqlama

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, “Qərb-2025” təlimlərinin sırf müdafiə məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

"Bu təlimlər planlaşdırılır... Təlimlərin məqsədləri heç də hücum xarakteri daşımır... Təlimlərimizə müstəsna olaraq müdafiə məqsədi qoyulub - İttifaq dövlətini qorumaq", - BELTA onun sözlərini sitat gətirib.

Bundan əvvəl Rusiya-Belarus təlimlərinin əsas hissəsinin Minsk vilayətinin Borisov şəhəri yaxınlığında baş tutacağı bildirilirdi.

Belarusun müdafiə nazirinin sözlərinə görə, təlimlərdə nüvə silahı və “Oreşnik” raket kompleksindən istifadənin planlaşdırılması praktikası keçiriləcək.