Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə-Tərtər Seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, qəbul YAP Bərdə rayon təşkilatının inzibati binasında olub.
Qəbul zamanı Xanlar Fətiyev vətəndaşların ümumi və şəxsi problem və çətinlikləri ilə bağlı müraciət və şikayətlərini dinləyib,onların həllinə çalışıb.
Onlardan bir qismi qanunvericiliyə uyğun olaraq yerində həll olunub, bir qisminin həlli üçün aidiyyatı qurumlarla əlaqə saxlanılması üçün müvafiq tədbirlər görülüb.
Qəbul-görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib.
Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub