“Keçmiş amerikalı həmsədr kimi deyə bilərəm ki, Minsk qrupunun ləğvinin vaxtı doğrudan da çatıb və hətta keçib”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hoqland deyib. O, bildirib ki, bu qrup onilliklər ərzində Azərbaycanla Ermənistan arasındakı Qarabağ probleminin həlli üçün danışıqlar aparıb.
“İndi hələ işlənəcək detallar var. Çox, müsbət haldır ki, Bakı və İrəvan indi birlikdə işləyirlər. Bu, o deməkdir ki, Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur. Bu keçmişdə qaldı və gələcəyə doğru irəliləmək lazımdır”,- deyə Hoqland əlavə edib.
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir