30 avqust 2025 12:42
162

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatında üçüncü oyununa çıxacaq

Kişi basketbolçuları arasında Avropa çempionatında III turun oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi üçüncü matçında Portuqaliya ilə üz-üzə gələcək. Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı isə 92:78 hesabı ilə üstələyib.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.