30 avqust 2025 13:05
194

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam etdirilməsinə 10 milyon manat xərclənəcək

Cəbrayıl rayonunda 150 çarpayılıq mərkəzi xəstəxananın tikintisinin davam etdirilməsinə 9,889 milyon manat xərclənəcək.

“İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətinin elan etdiyi açıq tenderin qalibi "El-Seym İnşaat" QSC olub.