İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu onun qarşısında qoyulan vəzifələri açıqlayıb.
“İki sahil” xəbər verir ki, diplomat bu barədə AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, münasibətlərin gələcəyi ilə bağlı nikbindir: "Yeni səfir təyin olunanda ona göstəriş verilir ki, iki ölkə arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu dəfə nail olmaq üçün biz yeni layihələr ortaya qoymalı və keçmiş layihələrin icrası ilə məşğul olmalıyıq. Bu baxımdan mənə göstəriş verilib ki, müxtəlif sahələrdə bütün səy və bacarığımı ortaya qoymalıyam. Odur ki, çox nikbinəm. Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq".
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir