01 sentyabr 2025 01:20
131

Bağçalara növbəyə yazılma prosesi bu gündən müvəqqəti dayandırılır

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.