01 sentyabr 2025 02:46
96

FT: Avropa liderləri Parisdə Ukrayna məsələsinin nizamlanmasını müzakirə edəcəklər

Avropanın aparıcı dövlətlərinin liderləri, NATO Baş katibi və Avropa Komissiyasının lideri Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün sentyabrın 4-də Parisdə görüşəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə Almaniya Kansleri Fridrix Merts, NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen arasında görüş keçiriləcək. Onlar Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsini davam etdirəcəklər.