02 sentyabr 2025 16:06
182

"Beşiktaş"ın futbolçusu Braziliya klubuna transfer olunub

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Keni Arroyo ilə yollarını ayırıb. 

“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.  

"Ağ-qaralar" 19 yaşlı hücumçunun keçidi üçün Braziliya təmsilçisi "Kruzeyro" ilə anlaşıb.   

Qeyd edək ki, Keni Arroyo cari ilin əvvəlində "Beşiktaş"a keçmişdi.