07 sentyabr 2025 00:14
106

Oğuzda yol qəzası olub, ölən və yaralanan var

Oğuzda ağır yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, hadisə Kərimli kəndində qeydə alınıb. Hərəkətdə olan “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza ilə bağlı cinayət işi başlanılıb.