İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə səfər oyunundan sonra pasportunu itirib.
“İki sahil” xəbər verir ki, bu barədə türkiyəli jurnalist Əmir Çətin X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Konya şəhərində baş tutan görüş qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Mənbənin sözlərinə görə, Yamal paltardəyişmə otağında pasportunu axtarırmış və sənədi tapmadan stadionu tərk edib.
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın şərəfini qoruyur. 18 yaşlı futbolçu kataloniyalılarla ölkə çempionluğu, İspaniya Kuboku və Superkubokunu qazanıb. Yığmanın heyətində isə ötən il Avropa çempionu olub.