23 sentyabr 2026 22:40
108

"Neftçi" Avropa Kubokuna qələbə ilə başlayıb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki,  Bakı təmsilçisi təsnifat mərhələsində Estoniyanın "Parnu" klubu ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan görüş "Neftçi"nin 80:67 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu sentyabrın 30-da Estoniyada olacaq.

Qeyd edək ki, bu cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.