Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, Ukraynadakı münaqişə təhlükəsizlik sahəsində bütün tərəflərin tələbləri nəzərə alınmaqla həll edilməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Onun sözlərinə görə, Alyaskada keçirilən Rusiya-Amerika sammiti bu problemin həlli istiqamətində ciddi addım olub.
"Ukrayna ilə bağlı, bütün tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə alan real nizamlanmaya yol açmaq lazımdır”, - deyə, Lula da Silva BRİKS-in növbədənkənar onlayn sammitində bildirib.