08 sentyabr 2025 17:07
119

"Reuters": Aİ iki Mərkəzi Asiya ölkəsinin banklarını 19-cu sanksiyalar paketinə daxil edəcək

Avropa Komissiyası sentyabrın 12-dək Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təklif edəcək. Onların fikrincə, sanksiya siyahısına iki Mərkəzi Asiya ölkəsinin bankları daxil ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters avropalı diplomatlara istinadla xəbər verir.

Sentyabrın 8-də Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan ABŞ-a səfər edib. Aİ nümayəndə heyəti sentyabrın 8-9-da Vaşinqtonda Amerika tərəfi ilə Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq. Digər məsələlərlə yanaşı, tərəflər Rusiyaya qarşı Avropanın 19-cu məhdudiyyətlər paketinin məzmununu müzakirə edəcəklər.