08 sentyabr 2025 20:31
140

İsrailin Livana hücumu nəticəsində 5 nəfər ölüb

İsrailin Livanın şərqindəki Bekaa vadisi bölgəsinə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb.

“İki sahil” "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Azı 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb", - nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, İsrail sübut təqdim etmədən və noyabr ayında qüvvəyə minən atəşkəs razılaşmasını nəzərə almadan "Hizbullah"a aid olduğunu güman etdiyi hədəfləri vurur.