Günün bir neçə anını kitab oxumağa, Sudoku və ya krossvord oynamağa və sağlam qidalanmağa həsr etmək yaddaşınızda möcüzələr yarada bilər. Yaddaşınızın imkanlarını artırmağa kömək edə biləcək bu və digər üsullarla aşağıda tanış olun:
Beyninizi məşq etdirin
Beyni məşq etdirmək yaddaşı gücləndirmək üçün əla bir yoldur. Günün bir neçə dəqiqəsini oxumaq, Sudoku və ya krossvord oynamaq həqiqətən kömək edə bilər.
Yaddaşınızı stimullaşdırın
Bornmut Universitetinin psixologiya professoru və yaddaş mütəxəssisi Endryu Conson məlumatı şəkillərlə əlaqələndirməyi məsləhət görür. “Mirror”a görə, vizuallaşdırma hər şeyi yadda saxlamaq üçün yaxşı bir yoldur.
Diqqət yetirin
Yaddaşınızı gücləndirməyin ən yaxşı yolu sadəcə, diqqət yetirməkdir. Bu, məlumat toplamaq və eyni zamanda, beyninizi və zehninizi güclü saxlamaq üsuludur.
Məşq edin
Bir sıra tədqiqatlar göstərir ki, aerobik məşq idrak funksiyasını yaxşılaşdırır və xüsusilə yaddaş üçün yaxşıdır.
Sosial həyat
Fitnes və qidalanma mütəxəssisi Cen Brunonun fikrincə, beyin aktiv sosial həyatdan faydalana bilər. Beləliklə, insanlarla birlikdə olmaq xatirələr yaratmaq daha yaxşı yaddaş performansına sahib olmaq üçün yaxşı bir yoldur.
Yeni dil öyrənin
“Live Science”a görə, hər yaşda yeni bir dil öyrənmək beyin sağlamlığına kömək edir. Bundan əlavə, York Universitetinin (Toronto, Kanada) psixoloqu Ellen Bialistok ikinci dil öyrənmənin Alzeymer xəstəliyinin qarşısını ala biləcəyini göstərən bir araşdırmadan bəhs edir.
Xüsusi şəkillər
Yaponiyanın Xirosima Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, pişik və ya balaların fotoşəkillərinə baxmaq diqqəti və yaddaşı yaxşılaşdırmağa kömək edir.
Yaxşı gecə yuxusu
Yaxşı beyin funksiyası həm də yaxşı yuxudan asılıdır. Almaniyanın Lübek Universitetində aparılan son araşdırmalar göstərir ki, biz yuxuda olanda beyin yeni xatirələri təsnif edir və saxlayır.
Təbiətlə əlaqə
ABŞ-da aparılan bir araşdırma meşədə gəzən insanların yaddaş testində küçədə gedənlərə nisbətən 20% daha yaxşı nəticə əldə etdiyini göstərib.
Əlaqələr
Dostlarınız və ya ailənizlə daha çox vaxt keçirmək də yaddaşınızı gücləndirmək üçün bir yoldur.
Meditasiya
Meditasiya stressi azaltmağa və konsentrasiyanı artırmağa kömək edə biləcəyi üçün beyin performansını yaxşılaşdırdığı bilinən bir təcrübədir.
Şəkil çəkdirmək
Nyu York Universitetinin Stern Biznes Məktəbi tərəfindən aparılan bir araşdırma göstərir ki, fotoşəkil çəkmək vizual yaddaşımızı yaxşılaşdırır.
Gülmək ən yaxşı dərmandır
Loma Linda Universitetində aparılan araşdırmalara görə, gülmək qısamüddətli yaddaşı yaxşılaşdıra bilir.
Pəhriz və yaddaş
Pəhriz yaddaşa və konsentrasiyaya birbaşa təsir göstərir. Amerika araşdırması belə nəticəyə gəlib ki, həddindən artıq yemək gələcəkdə yaddaş problemləri riskini iki dəfə artıra bilər.
Qızılbalıq
Bəzi qidalar yaddaşa müsbət təsir göstərə bilər. Qızılbalıqda olan omeqa-3 beyin funksiyası və idrak sistemi üçün vacib olan yağ turşusudur.
Sarıkök
Los-Ancelesdəki UCLA Uzunömürlülük Mərkəzinin son araşdırması göstərir ki, yeməyə sarıkök əlavə etmək yaddaşı və yaxşı əhval-ruhiyyəni artırmağa kömək edə bilər.
Qəhvə
Qəhvə yaddaşı gücləndirir və koqnitiv pozğunluq riskini xeyli azaldır.
Alkoqol və tütündən çəkinin
Uzun müddətdə spirt beyin atrofiyasına və ciddi yaddaş itkisinə səbəb ola bilər. Eynilə, tütün idrak problemlərinə səbəb ola bilər.
Üzüm
Bu meyvə beynin mexanizmlərini stimullaşdıran fisetinlə zəngindir. Bundan əlavə, tərkibində çoxlu flavonoidlər, sinir sistemini qoruyan və yaddaşı gücləndirməyə kömək edən maddələr var.
Qırmızı şərab
Şərab üzümlə eyni xüsusiyyətlərə malikdir və antioksidantları da ehtiva edir.
Rozmarin
Northumbria Universitetinin araşdırması göstərir ki, rozmarin beyin və yaddaş üçün ən vacib qidalardan biridir.
Yaşıl çay
Çinli tədqiqatçılar müəyyən ediblər ki, yaşıl çayın əsas tərkib hissəsi - yaşa bağlı degenerativ xəstəliklərdən qoruyan antioksidant olan üzvi molekul EGCG (epigallocatechin-3 gallate) sayəsində Alzeymer xəstəliyinin başlanğıcını gecikdirə bilər.
Şokolad
Flavonoidlərlə zəngin olan şokolad konsentrasiyanı yaxşılaşdıraraq və qan təzyiqini aşağı salaraq beyni oyaq saxlamağa kömək edir. Yaddaşda, sinir hüceyrələrinin işləməsində və unutqanlığın azalmasında mühüm rol oynayan bir qida maddəsi olan fisetinlə zəngindir.
Yumurta sarısı
Yumurta sarısının tərkibində yaddaşı və konsentrasiyanı gücləndirən xolin adlı maddə var.
Qoz-fındıq
Qoz-fındıq beynin düzgün işləməsi üçün vacib olan yaxşı səviyyədə kalsium və E vitamini təmin edir. Pəhrizinizə hər zaman daxil etməli olduğunuz qidadır.
Çiyələk
Bu meyvə yaddaşda mühüm rol oynayan və unutqanlığın qarşısını almağa kömək edən qida maddəsi olan fisetinlə zəngindir.
Düyü
Düyü B2 vitamini ilə yanaşı yaddaşı gücləndirməyə kömək edən maqnezium ehtiva edir.
Süd
Bir araşdırma göstərib ki, gündəlik süd içmək yaddaşı gücləndirməyə kömək edə bilər. Alimlər 972 nəfərdən pəhrizləri ilə bağlı ətraflı anket doldurmağı xahiş ediblər. “Daily Mail”ə görə, həftədə ən azı beş və ya altı dəfə süd məhsulları istehlak edən yetkin insanlar yaddaş testlərində daha yaxşı nəticə göstəriblər.
Nubar Süleymanova, “İki sahil”