11 sentyabr 2025 12:21
142

Yeni tədris ili üzrə peşə məktəblərinə qəbul olanların 75 faizi dövlət sifarişli əsaslarla təhsil alacaq

2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin 75 faizi dövlət sifarişli əsaslarla təhsil alacaq.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, qəbul yerlərinin 60 faizi regionlar, 40 faizi isə Bakı şəhəri üçün nəzərdə tutulub.

“Peşə təhsili sahəsində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 9 müəssisədə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur”, - deyə nazir bildirib.