11 sentyabr 2025 15:05
116

Küləkli hava şəraiti həftə sonunadək davam edəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.