12 sentyabr 2025 08:30
133

Culfada ağır yol qəzası olub, ölənlər var

Bu gün səhər saat 05:00 radələrində Culfa rayonunda ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşıb.

Məlumata əsasən, qəza nəticəsində sürücü və avtomobildə olan üç sərnişin hadisə yerində dünyasını dəyişib. Həyatını itirənlərdən ikisi polis əməkdaşı olub.

***

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olanların dördü də polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.