12 sentyabr 2025 10:29
127

Abubakar klubsuz qaldı

Braziliyanın "San-Paulu" klubu hücumçu Vensan Abubakarın transferini reallaşdırmaqdan vaz keçib.

“İki sahil” xəbər verir ki, klub "Hatayspor"dan ayrıldıqdan sonra azad agent statusunda olan kamerunlu forvardla danışıqlar aparıb.

Lakin 33 yaşlı futbolçunun maliyyə tələbləri "San-Paulu"nun büdcəsini aşdığı üçün tərəflər arasında anlaşma baş tutmayıb.

Qeyd edək ki, Abubakar ötən mövsüm "Hatayspor"un heyətində 28 oyunda iştirak edib, 8 qol və 2 assistlə yadda qalıb.

Kamerunlu hücumçunun adı yayda "Qarabağ"la da hallanırdı.