06 sentyabr 2025 13:59
173

Musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.