12 sentyabr 2025 11:09
109

Elnur Əzizov: Keyfiyyətli dərsin beş əsas göstəricisi var

Dərsin planlaşdırıılması, şagirdlərin dərsə fəal cəlb edilməsi, vaxt və resurslardan səmərəli istifadə, şagirdlərdə bacarıq və səriştələrin formalaşdırılması, effektiv formativ qiymətləndirmə keyfiyyətli dərsin əsas göstəriciləridir.

“İki sahil” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. O, həmçinin qeyd edib ki, son vaxtlar şagirdlərin müstəqil düşünməsinə vaxt artırılıb.