12 sentyabr 2025 15:30
115

Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var

Gəncə şəhərində evdə suqızdırıcı partlayıb, yanıq xəsarəti alan var.

“İki sahil” xəbər verir ki, hadisə zamanı yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.