Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfəri çərçivəsində ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı daimi bümayəndəsi Vesa Hakkinen ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu çərçivədə Vesa Hakkinen ilə Vaşinqton görüşü müzakirə edilib.
Tərəflər Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdə ATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatə etməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib