Misli Premyer Liqasının 4-cü turunda "İmişli" "Sumqayıt"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanında yeganə qolu 72-ci dəqiqədə “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov öz qapısına vurub.
Bununla da “İmişli” 3 xalı aktivinə yazıb.
Misli Premyer Liqası,
4-cü tur
13 sentyabr (şənbə)
16:30. “İmişli” 1–0 “Sumqayıt”
Qol: Mehdi Cənnətov, 72 - avtoqol
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Quba OİK stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”