13 sentyabr 2025 22:47
96

Misir sentyabrda BVF-yə 397 milyon dollar ödəyəcək

Misir bu ay Beynəlxalq Valyuta Fonduna (BVF) 397 milyon dollar ödəməyi planlaşdırır.

“İki sahil” “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, ölkə cari ilin son rübündə 1,07 milyard dollar ödəməlidir.

BVF-nin sözçüsü Culi Kozak bildirib ki, Misir üçün nəzərdə tutulan “Genişləndirilmiş Fond Mexanizmi” (EFF) proqramının beşinci və altıncı icmallarını yekunlaşdırmaq üçün Fondun missiyasının payızda Qahirəyə səfəri planlaşdırılır.

Kozak əlavə edib ki, BVF-nin qiymətləndirməsinə görə, Misirdə makroiqtisadi sabitliyin təmin olunması daha dərin islahatların həyata keçirilməsi üçün zəmin yaradır, iqtisadi artımı gücləndirir, keyfiyyətli iş yerlərinin yaradılmasına imkan verir, iqtisadiyyatın şoklara qarşı dayanıqlığını artırır.