Amerikalı sahibkar İlon Mask Böyük Britaniya parlamentinin buraxılması və ardınca erkən seçkilər keçirilməsi lazım olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, Maskın fikrincə, ölkədə söz azadlığı məhdudlaşdırılır.
İş adamının fikrincə, Britaniyada genişmiqyaslı dövlət islahatları həyata keçirilməlidir.
"Britaniya nəzarətsiz miqrasiya və bürokratiya kimi ciddi daxili problemlərlə üzləşib", - deyə Mask bildirib.