14 sentyabr 2025 14:04
123

Kolumbiyada 5,5 maqnitudalı zəlzələ baş verib

Kolumbiyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Frontino şəhərindən 9 km məsafədə olub. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.