14 sentyabr 2025 17:05
114

Türkiyədə silahlı toqquşma olub, bir nəfər ölüb, üç nəfər yaralanıb

Türkiyənin Van şəhərində iki ailə arasında başlayan mübahisə silahlı toqquşmaya çevrilib. Nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb. 

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə Çaldıran rayonunda qeydə alınıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başlayıb.

Məlumata görə, ailələr ərazi məsələsinə görə mübahisə ediblər.