14 sentyabr 2025 18:44
112

BMT Baş Assambleyasının sədri Ukraynaya sülhməramlıların göndərilməsini istisna etməyib

BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri və Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok Ukraynada sülh danışıqlarından sonra BMT sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü istisna etməyib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində bildirib.

"Əgər sülh müqaviləsi bağlanarsa, o, ən yaxşı şəkildə təmin edilməlidir. Əgər üzv dövlətlərin əksəriyyəti (BMT-nin – red.) bunun üçün "mavi dəbilqəlilər"in lazım olduğunu desələr, bu, ümid edirəm ki, uzun müddət sülhün təmin olunmasına kömək edəcək. İlk növbədə, bu sülh danışıqlarını aparmaq lazımdır", - o söyləyib.