"Rusiya Moldovada seçkilərə təsir etmək üçün Rus Pravoslav Kilsəsinin (RPK) keşişlərindən və botlardan istifadə edir".
“İki sahil” xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Sandu iddia edir ki, Moskva internetdə dezinformasiya kampaniyasını gücləndirib.
"Rusiyalılar diaspora hücum edirlər" deyən Moldova lideri Rusiyanı təbliğatı yaymaq üçün RPK keşişlərindən istifadə etməkdə günahlandırıb.
Siyasətçi həmçinin Moskvanı qanuni xarici KİV adı altında saxta kontent yaratmaq üçün "Matryoşka" bot-şəbəkəsindən istifadə etməkdə ittiham edib.