Abşeronda elektrik cərəyanı ustanı vuraraq öldürüb.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
1961-ci il təvəllüdlü Cavad Zabulla oğlu Davudov evdə elektrik işi görən zaman onu elektrik cərəyanı vurub. C.Davudov hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu.Az