İsrail komandasının qatıldığı "Vuelta a Espana" velosiped yarışının final mərhələsində İspaniya polisi nümayişçilərə qarşı güc tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, yüzə yaxın nümayişçi finiş xəttinə yaxın qoruyucu maneələri təpikləməyə başlayıb və nəticədə polis etirazçılara qarşı gücdən istifadə edib.
Bundan əvvəl "Mundo Deportivo" nəşri xəbər verib ki, yarışın final mərhələsi Fələstin bayraqları daşıyan fəalların etirazları səbəbindən ləğv edilib.
Yola çıxaraq tüstü bombalarından istifadə edən nümayişçilərin polislə toqquşduğu qeyd edilib.