15 sentyabr 2025 00:57
94

Gəncədə üzgüçülük üzrə "Ganja Cup 2025" turniri başa çatıb

Gəncə şəhərində iki gün davam edən MDB Oyunlarına hazırlıq çərçivəsində təşkil edilmiş üzgüçülük üzrə "Ganja Cup 2025" turniri uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN), Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) birgə təşkilatçılığı ilə keçirilmiş turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı müxtəlif üslublar və məsafələr üzrə mübarizə aparıblar.

Qeyd edək ki, turnir MDB Oyunlarına hazırlıq üçün mühüm sınaq olmaqla yanaşı, üzgüçülüyün inkişafına, xüsusən də bölgələrdə bu idman növünə marağın artmasına dəyərli töhfə verib.