15 sentyabr 2025 08:40
90

Sabirabadda 42 yaşlı kişi qətlə yetirilib

Sabirabad rayonunda qət hadisəsi baş verib.

Hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu tanıdığı şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

"Report"