Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir.
“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün İrəvanda "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" adlı beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, ölkə avqustun 8-də Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalardan sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları nəzərə almalıdır.
A.Qriqoryanın sözlərinə görə, 2020-ci ilin payızına qədər və sonrakı dövrdə Ermənistanın böyük ümidlər bəslədiyi təhlükəsizlik sistemi həyat qabiliyyətli olmayıb.
"Avqustun 8-də ümumiyyətlə bizim təhlükəsizlik mühitimiz dəyişdi. Buna görə də bu məqamı müzakirə etməliyik", - o vurğulayıb.