15 sentyabr 2025 14:59
87

Ağ Evdəki bal zalı genişləndiriləcək

Yüksək statuslu qonaqları qəbul etmək üçün Ağ Evdə yeni bal zalının planlarına düzəlişlər edilib.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NBC News-a qısa telefon müsahibəsində bildirib ki,  zal bir az da böyüdüləsək. 650 nəfərlik otaq 900 nəfəri tuta biləcək. Beləliklə, bu, 40% artım deməkdir.

Layihənin 200 milyon dollara başa gələcəyi təxmin edilir. Prezidentin sözlərinə görə, o, tikintinin maliyyələşdirilməsinə şəxsən töhfə verəcək. Bundan əlavə, özəl donorlar və ya Donald Trampın sözləri ilə desək, “vətənpərvərlər” töhfə verəcəklər.

Bal zalı Ağ Evə yeni bir əlavə olacaq və bu, 1942-ci ildən, Şərq Qanadından sonra binanın görünüşündə ən əhəmiyyətli dəyişiklik olacaq. Tikinti işlərinin Donald Trampın hazırkı prezidentlik müddəti başa çatana qədər başa çatdırılması gözlənilir.