15 sentyabr 2025 19:46
111

Aİ və NATO Avropanın hava məkanının təhlükəsizliyinin gücləndirilməsini müzakirə edib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç Avropanın hava məkanının təhlükəsizliyinin gücləndirilməsini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Kallas "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Rusiya müharibəni sona çatdırmır, əksinə, onu gücləndirir - Avropanın hava məkanının pozulmsı ilə bağlı son insident buna sübutdur. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviçlə görüşmək yaxşı oldu. Biz hava məkanımızın təhlükəsizliyini gücləndirmək üçün birgə işləməyi və Aİ-nin "istəklilərin koalisiyasına" töhfəsini müzakirə etdik", - o vurğulayıb.