15 sentyabr 2025 20:58
100

Quterreş Trampla görüşəcək

BMT Baş katibi Antoniu Quterreş ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ikitərəfli görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də start götürəcək. Ənənəyə uyğun olaraq, açılış nitqi ilə Braziliya prezidenti çıxış edəcək, daha sonra isə ABŞ Prezidenti Donald Tramp tribuna arxasına keçəcək.

Bu il 80-ci dəfə keçiriləcək "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv olan 193 ölkənin dövlət və hökumət başçıları, eləcə də bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.