Çin və ABŞ arasında TikTok müqaviləsinin bəzi təfərrüatları məlum olub.
“İki sahil” xəbər verir ki, bu barədə "New York Post" adı açıqlanmayan məlumatlı mənbələrə istinadla məlumat yayıb. Sazişin şərtlərinə əsasən, Çin amerikalı mütəxəssislərə TikTok-un əsas tövsiyə alqoritmlərini köçürməyə və əvəz etməyə icazə verəcək.
Nəşrin mənbələri iddia edir ki, ABŞ-da xidməti idarə etmək üçün yeni holdinq yaradılacaq, orada nəzarət payı Donald Trampın tərəfdarlarından biri, milyarder Ceff Yass və General Atlantic Partners investisiya şirkətinin rəhbəri Bill Forda məxsus olacaq.
Bundan əlavə, NY Post mənbələrinə görə, bir çox kiçik investorlar kapitalın payları üçün rəqabət aparırlar.
Tramp administrasiyasının rəsmiləri şirkətin yeni strukturunun Konqres tərəfindən qəbul edilən və TikTok-un fəaliyyətini davam etdirməsi üçün ABŞ Ali Məhkəməsi tərəfindən təsdiq edilən qanuna uyğun olacağına inanırlar.