17 sentyabr 2025 11:40
115

Azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına tam inteqrasiya olunması prosesi gedir - Azər Allahverənov

Cənab Prezidentin Xocavənd, Xocalı və digər rayonlarda sonuncu səfəri digər səfərlər kimi də olduqca vacib bir əlamətdar hadisə hesab olunur. Ona görə ki, burada istifadəyə verilən yaşayış yerlərinin açarlarının təqdim olunması, orada məskunlaşan keçmiş məcburi köçkünlərlə görüşlərin keçirilməsi və həmin görüşlər zamanı cənab Prezidentin çox vacib fikirlər söyləməsi, xüsusilə də beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir sıra vacib mesajların verilməsi olduqca vacib, olduqca əhəmiyyətli bir hadisə hesab olunur. Ona görə ki, cənab Prezident sakinlərlə görüşən zaman, eyni zamanda işğal tarixinə nəzər salır, bizim ərazilərimizi işğala məruz qoyan Ermənistan və onun havadarlarına çox mühüm mesajlar verir və sülh prosesinin irəli aparılması ilə bağlı Ermənistan tərəfinin atmalı olduğu vacib addımlar barədə danışır. Yəni bunlar, həqiqətən də qürurverici bir hal, hadisə kimi dəyərləndirilir. Ona görə ki, bir zamanlar boş zona, boz zona olan ərazilərdə artıq həyat canlanır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib. 

Onun sözlərinə görə, biz artıq 10 minlərlə insanın bura qayıtdığını şahidiyik. Eyni zamanda 2026-cı ilin sonuna qədər Böyük Qayıdış proqramının birinci mərhələsi çərçivəsində həmin ərazilərdə bütövlükdə 140 min keçmiş məcburi köçkün qaytarılması nəzərdə tutulur ki, biz hadisələri sürətlə inkişaf etdiyini görürük. Nəticə etibarı ilə böyük bərpa quruculuq işləri, ərazilərin minalardan təmizlənməsi və zəruri infrastrukturun yaradılması, nəqliyyat qovşaqlarının istifadəyə verilməsi, Kəlbəcərdə olduğu kimi və digər ərazilərdə və kifayət qədər tektonik əhəmiyyətinə görə böyük bir infrastruktur layihələrinin bu ərazilərdə həyata keçirilməsi Azərbaycanın zamanında işğal altında olan 1/5 hissəsinin artıq ölkə iqtisadiyyatına tam şəkildə inteqrasiya olunması üçün zəruri şəraitin yaradılmasına gətirib çıxardır. Çox sevindirici haldır ki, həmin ərazilərə köçürülən insanlar eyni zamanda burada məşğulluq və digər fəaliyyət növləri ilə geniş şəkildə məşğul olmaq imkanları qazanırlar. Həmin ərazilərdə təhsil müəssisələrinin istifadəyə verilməsi, səhiyyə müəssisələrinin xalqın xidmətinə buraxılması, eyni zamanda bir çox mədəni və dini etiqad üçün nəzərdə tutulan binaların xalqın ixtiyarına verilməsi, bunlar onu göstərir ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən böyük bərpa quruculuq işləri birbaşa olaraq ölkə rəhbərliyinin diqqət mərkəzindədir və istifadəyə verilən vaxt baxımından, keyfiyyət baxımından kifayət qədər yüksək keyfiyyətdə olan bu yaşayış məskənləri məcburi köçkünlərin gündəlik ehtiyaclarını ödəyə biləcək tərzdə infrastrukturun qurulması ilə müşayiət olunan bir prosesdir. Bu da çox sevindirici bir haldır.

Deputat vurğulayıb ki, nəticə etibarilə biz bir daha o qənaətə gəlirik ki, Böyük Qayıdış proqramı uğurlu şəkildə həyata keçirilməkdədir. Yeni-yeni imkanlar açılır. Yeni imkanlar həm infrastruktur sahəsində əldə olunan nəticələrlə şərtlənir, keçmiş məcburi köçkünlərin, əhalinin müəyyən qisminin bu prosesdə yaxından iştirak etməsi təbii ki, tez bir zamanda bu ərazilərə həyata qayıdışı şərtləndirir. Bu ərazilərin inkişafına səbəb ola biləcək bir strategiyanın məhz dövlət tərəfindən uğurlu şəkildə həyata keçirilməsinin biz şahidi oluruq. Təbii ki, bu infrastruktur layihələrin miqyası böyüdükcə bu qeyd etdiyim prosesləri daha da sürətlənəcək və nəticə etibarilə Azərbaycan çox qısa bir müddətdə dünyaya örnək ola biləcək bərpa quruculuq modelini təqdim etmiş olur ki. Minalardan ərazilərin təmizlənməsi hansı ki, böyük vəsait tələb edir. Digər bir tərəfdən, həmin ərazilərdə bərpa quruculuq işləri, infrastruktur layihələr və paralel olaraq üstünlük prinsipini nəzərə almaqla həmin ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılması, bunlar kompleks şəkildə həyata keçirilən böyük tədbirlərdir. Artıq Ağdam rayonunda dəmir yolunun istifadəyə verilməsi və bununla əlaqədar olaraq nəqliyyat qovşağının potensiallarının artırılması tək avtomobil yolları deyil, eyni zamanda Dəmir yollarında bu prosesə tam şəkildə inteqrasiya olunması həmin ərazilərin inkişafını şərtləndirən vacib nailiyyətlərdi. Cənab Prezidentin son bu ərazilərə olan səfərində həmin qeyd etdiyimiz müddəaların çox uğurlu şəkildə həyata keçirildiyinin şahidi olduq.

Səbinə Qorxmaz "İki sahil"