Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 21-23-də Nyu-Yorka səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) məlumat yayıb.
Qeyd edilib ki, prezident BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparacaq.
Səfər çərçivəsində ABŞ-ın iri biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq. Aparıcı qlobal şirkətlərin rəhbərləri ilə görüşlər də nəzərdə tutulub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”