19 sentyabr 2025 14:33
89

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 19-u Hacıqabulda Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "İki sahil"ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.