Estoniya Müdafiə Qüvvələri hava məkanının pozulması hallarına cavab vermək üçün plandankənar təlimlərə başlayıb.
“İki sahil” Estoniya mediasına istinadla xəbər verir ki, bu qərara Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması səbəb olub. Təlimlər zamanı hərbi qulluqçular radarlardan istifadə etməklə səmada vəziyyəti izləyəcəklər. Ölkənin şərqində təyyarə uçuşları müvəqqəti məhdudlaşdırılacaq, hava hücumundan müdafiə bölmələri yüksək hazırlıq vəziyyətinə gətiriləcək. Hərbi qulluqçular və hərbiləşdirilmiş könüllü dəstənin üzvləri üçün paralel təlimlər keçiriləcək.
Estoniya Müdafiə Qüvvələri Komandanlığı hazırda ölkə üçün heç bir təhlükə olmadığını bildirib.