Xalqımız tarix boyu öz torpaqlarına sadiqliyini sübut etmək üçün hər cür çətinliklərə sinə gərmişdir.
Bu gün qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı, canı hesabına əldə etdiyimiz ərazi bütövlüyümüz torpaqlarımızın toxunulmazlığının canlı sübutudur. Əgər torpaqlarımız işğaldan azad edilməsəydi , onun altında yatanların ruhu bizi heç zaman bağışlamazdı...
2023-cü ilin sentyabrın 19-da Qarabağda Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq üçün hərbi əməliyyatlara başlanıldı. Cəmi 23 saat davam edən əməliyyatlar nəticəsində düşmən ordusunun qalıqları torpaqlarımızdan tamamilə çıxarıldı və Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edildi.
Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycanın həmin ərazilərində tarixi qələbəni tamamilə təmin etdi.
19 sentyabr 2024- cü il tarixində “ Azərbaycan Respublikasında Dövlət Suverenliyl gününün təsis edilməsi haqqında” Prezident İlham Əliyev xüsusi sərəncam imzaladı. Həmin sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi günü kimi qeyd edilir.
20 sentyabr milli birliyimizin, həmrəyliyimizin, dövlətçilik ruhumuzun ,azadlıq mübarizəmizin simvoludur. Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Bü gün Azərbaycanın şanlı Dövlət Bayrağı respublikamızın bütün ərazilərində əzəmətlə dalğalanır və bu, hər bir azərbaycanlı üçün çox böyük fəxarətdir.
Müstəqilliyimiz əbədi olsun!
Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi