19 sentyabr 2025 13:37
42

Azərbaycan tarixinin ən möhtəşəm səhifəsi Dövlət Suverenliyi Günüdür

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə silahlı qüvvələrin ali baş komandanının sərəncamı illərlə itirilmiş hüquqların bərpasıdır. Belə ki,ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Quruculuq və inkişaf  işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür. Şuşanın azad edilməsi , Ermənistan kapitulyasiyası və ondan sonrakı tarix göz qarşısındadır. 2020-ci ilin noyabrından  2023-cü ilin  sentyabrına qədər hər bir addım təhlil  edilsə, hər sonrakı addım əvvəlki addımın məntiqi davamıdır və hər bir addımın  son məqsədi 20 Sentyabr–Dövlət Suverenliyi  Günü idi.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Gününün ilk ili kimi qeyd ediləcək.

 Sərəncamda bildirilir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Biz bilməliyik ki,  1988-ci ildən sonra Azərbaycan qanunları heç bir zaman Xankəndi və digər rayonlarda işləməyib. Dövlət Suverenliyi dedikdə, dövlətin qanunlarının, hakimiyyətinin mövcud olması nəzərdə tutulur. 1989-cu il 23 sentyabr tarixində Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edilsə də, bu, yalnız kağız üzərində qalmışdı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, heç bir zaman orada milli valyuta, konstitusiya, qanunlar işləməyib. Azərbaycan rəhbərlərinin Xankəndi və digər ərazilərə ayağı dəyməyib. Tariximizdə ilk dəfə suverenliyimizi bərqərar edən dövlət rəhbərimiz, böyük strateq, prezidentimiz  İlham Əliyevdir. 2023-cü ilin 19 sentyabrında başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərqərar edildi. İlk dəfə olaraq Azərbyacan bayrağı Xankəndi və digər şəhər və qəsəbələrdə dalğalandırıldı. 2024-cü ildə ilk dəfə olaraq bütün ərazilərdə Prezident və parlament seçkiləri keçirildi. Bu seçkiləri keçirməklə Dövlət başçısı göstərdi ki, Azərbaycan dövləti müstəqil olsa da, suveren deyildi. Həmin suverenliyi cənab Prezidentimiz İlham Əliyev qurdu. Millətimizin indiki və gələcək nəsillərinə necə yaşamağın düsturunu, formulunu cənab Prezidentimiz  İlham Əliyev göstərdi. Ona görə də Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir.

"Azərbaycan suveren dövlət kimi fəaliyyətə başladı. Beləliliklə, bayrağımız bütün ərazilərimizdə dalğalanmağa başladı.Təsadüfi deyil ki, 2024-cü ilin fevralında Prezident seçkisi, sentyabrın 1-də isə Parlament seçkisi bütün ərazilərimizdə qanunvericiliyimizə uyğun həyata keçirilir. Prezidentin bu sərəncamı tarixidir. Azərbaycanın suverenliyini təsdiq edən və təsbit edən sənəddir".

Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra separatçıların yuvaları dağıldı və sabitlik yarandı. Heydər Əliyevin apardığı siyasət nəticəsində yollar çəkildi, infrastruktur yaradıldı və azərbaycanlıların sayı Qarabağ ərazisində artırıldı. 1987-ci ildə istefaya göndərildikdən sonra separatçılar yenidən baş qaldırdı  və bu xalqımıza   baha başa gəldi. 1993-cü ildə Ulu Öndərin təkrar Azərbaycana hakimiyyətə gəlməsi ilə Azərbaycanın  dünya xəritəsindən silinmə ehtimalı  yox oldu. Sabitlik yarandı və yeni inkişaf yoluna qədəm qoyuldu.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Bəhriyyə Rüstəmova,
YAP Xətai rayon təşkilatının "Polad Həşimov 34" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü